PKK təkcə Türkiyə üçün deyil, həm də bölgə üçün böyük təhlükədir - Türkiyə MN

PKK təkcə Türkiyə üçün deyil, həm də bölgə üçün böyük təhlükədir - Türkiyə MN

Bakı. TurkicWorld:

PKK terror qrupu təkcə Türkiyə üçün deyil, həm də bölgə üçün böyük təhlükədir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"“Deyr əz-Zorda baş verənlər PKK/YPG terror təşkilatı ilə bağlı nə qədər haqlı olduğumuzun bariz göstəricisidir", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, Türkiyə Ordusu 24 iyul 2015-ci il tarixindən indiyədək 38 min 528 PKK//PYD-YPG, İŞİD və FETÖ terrorçusu zərərsizləşdirib.

Ləman Əsədli
Twitter: Lamanasadli01