Son dəqiqə

Türkiyə Ankara TEKNOFEST Mehmet Fatih Kacır

TEKNOFEST Ankaranın ən böyük tədbiri oldu - Mehmet Fatih Kacır

Bakı. TurkicWorld:

TEKNOFEST-i təşkil etməklə Ankaranın ən böyük hadisəsini reallaşdırdıq.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır jurnalistlərə açıqlaması zamanı deyib.

"2023-cü ildə üç böyük şəhərimizdə TEKNOFEST keçirəcəyimizi demişdik. Ən böyük tədbiri Ankarada keçirdik. 940 mindən çox iştirak olub, bu, Ankaranın tarixindəki ən böyük hadisə idi. Sentyabrın 27-də bu ilin sonuncu TEKNOFEST-ni İzmirdə keçirəcəyik. Prezident Rəcəb Tayyib Ərdoğanın hər il olduğu kimi bizimlə olması, mükafatları çempionlarımıza şəxsən təqdim etməsi Türkiyənin bu məsələyə nə qədər önəm verdiyini göstərir. İnanıram ki, İzmirdə də yeni rekorda imza atacağıq",- deyə nazir bildirib.

Kacır qeyd edib ki, gənclər üçün vergisiz telefon mövzusunda qiymətləndirmələr aparırıq. Yekun açıqlamanı ictimaiyyət qısa zamanda bildirəcəyik. Bütün gənclərə verdiyimiz bəzi vədlər var. Biz bu vədləri addım-addım yerinə yetirməyi hədəfləyirik.

"Rusiyalı iş adamlarının Türkiyədə ciddi sərmayələri var. Sənaye sektorunda da əhəmiyyətli investisiyalar var. Bu investisiyalar davam edəcək. Biz onları təşviq və dəstəkləməyə davam edəcəyik. Əslində Rusiyanın Türkiyəyə çox sıx investisiya marağı var. Bəzi sahələrdə daha çox strateji əməkdaşlıq da mümkündür. Qarşılıqlı imkanlarımızın güclü olduğu sahələrdə əməkdaşlığı daha da artırmaq istəyirik. Biz Rusiyadan hava hücumundan müdafiə sistemlərini tədarük edirik",- deyə Fatih Kacır vurğulayıb.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər