Son dəqiqə

Türkiyə TPAO Türkiyənin Enerji və Təbii sərvətlər nazirliyi Qabar Şırnak TSO Faraşin yaylası Cudi

Türkiyədə yeni ərazidə neft kəşfiyyatı aparılacaq

Bakı. TurkicWorld:

Türkiyənin terrorçulardan təmizlənən Şırnak vilayətinin Faraşin yaylasında neft kəşfiyyatı işlərinə başlanılıb.

TurkicWorld xəbər verir ki, Faraşin yaylasında müvəqqəti neft emalı zavodu quran "Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkətinin başlatdığı axtarışlar nəticəsində neftin çıxarılması gözlənilir.

"Neft Türkiyənin inkişafında xüsusi rol oynayacaq. Şırnak tezliklə Türkiyənin neft bazasına çevriləcək. Şırnakda 2024-cü ilə qədər gündə 100 min barel neft hasil edilməsi hədəflənir", - deyə Türkiyənin Ticarət və Sənaye Palataları (TSO) Şırnak rəhbəri Osman Geliş bildirib.

Xatırladaq ki, mayın 2-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqindəki Şırnak əyalətinin Cudi və Qabar rayonlarında yeni neft ehtiyatlarının aşkar edildiyini açıqlayıb.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər