TÜBİTAK-ın Gebze şəhərciyində rəqəmsal türk lirəsindən istifadə olunmağa başlayıb

TÜBİTAK-ın Gebze şəhərciyində rəqəmsal türk lirəsindən istifadə olunmağa başlayıb

Bakı. TurkicWorld:

TÜBİTAK-ın Gebze şəhərciyində rəqəmsal türk lirəsindən istifadə olunmağa başlayıb.

TurkicWorld-un məlumatına görə, bu barədə TÜBİTAK sədri Prof. Dr. Həsən Mandal danışıb.

"Hal-hazırda TÜBİTAK-ın Gebze şəhərciyində, tamamilə real mühitdə rəqəmsal türk lirəsindən istifadə etməyə başlamışıq",- deyə Həsən Mandal qeyd edib.

Məlumat üçün bildirək ki, Türkiyənin Mərkəzi bankı tərəfindən rəqəmsal türk lirəsi layihəsinin birinci mərhələsi çərçivəsində şəbəkə daxilində ilk ödəniş əməliyyatı uğurla tamamlanıb. Platformaya daxil edilmiş paylanmış hesablama sisteminin işinin sınaqdan keçirilməsi, rəqəmsal lirənin ödəniş ekosisteminə və ani ödəniş sisteminə inteqrasiyası planlaşdırılır.

Aytac Süleymanova

Twitter: a_alieva_