Son dəqiqə

Türkiyə İstanbul DEAŞ

Türkiyədə İŞİD üzvləri həbs olunub

Bakı. TurkicWorld:

Türkiyədə beş nəfər İŞİD üzvü həbs olunub.

TurkicWorld-un məlumatına görə, İstanbul polisi İŞİD terror təşkilatına qarşı əməliyyat həyata keçirib.

Terror təşkilatına bağlı şəxslər və həbsdə olan terror təşkilatı üzvlərinə maliyyə dəstəyi edən beş nəfər tutularaq saxlanılıb.

Eyni zamanda, İstanbul polisi tərəfindən terror təşkilatı adından qeyri-qanuni yayımlanan kitab evlərinə də basqınlar həyata keçirilib.

Ünvanlarda edilən axtarışlar zamanı çoxlu sayda rəqəmsal material və 73 min dollar nağd pul ələ keçirilib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər