HÜRKUŞ-C təyyarəsinə yeni silahlar inteqrasiya ediləcək (ÖZƏL)

HÜRKUŞ-C təyyarəsinə yeni silahlar inteqrasiya ediləcək (ÖZƏL)

Bakı. TurkicWorld:

Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən istehsal edilən HÜRKUŞ-C yüngül hücum təyyarəsinin qanadlarına 12,7 millimetrlik ağır pulemyotlar inteqrasiya ediləcək.

Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən bildirilib.

Məlumata əsasən, Türkiyənin Sarsılmaz silah şirkəti və TUSAŞ ortaqlığı ilə qurulan TRMEKATRONİK tərəfindən hazırlanan 12,7 millimetrlik ağır pulemyot Aviasiya kosmik və Texnologiya festivalı-TEKNOFEST-də nümayiş etdirilib.

Bundan əlavə, HÜRKUŞ-un bu silahlarla ilk atış sınaqları uğurla tamamlanıb və qısa zamanda uçuşu planlaşdırılır.

Qeyd edək ki, Sarsılmaz şirkəti tərəfindən hazırlanan və bütün texniki hissələri şirkət tərəfindən təmin edilən ağır pulemyot SAR 127 MT həm tam avtomatik işləyir, həm də fərdi şəkildə atəş aça bilir.

Ləman Əsədli

Twitter: lamanasadli01