Türkiyə TEKNOFEST Türkiyə Sənaye və Texnologiya nazirliyi Mehmet Fatih Kacır

Türkiyə dünyada sahibkarlıq və innovasiya sahəsində çox nadir bir model həyata keçirdi - Kacır

Bakı. TurkicWorld:

Türkiyə dünyada sahibkarlıq və innovasiya sahəsində çox nadir bir model həyata keçirdi.

TurkicWorld-udn məlumatına görə, bu barədə Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır deyib.

O qeyd edib ki, Ankara dünyanın ən böyük kosmos, aviasiya və texnologiya festivalı olan TEKNOFEST-də tarixinin ən böyük tədbirini keçirib.

"Yarışlarda iştirak 2023-cü ildə rekord qırdı. TEKNOFEST yarışmalarına 337 min komandadan 1 milyon gəncimiz qatıldı. Ankara TEKNOFEST də birinci olmaq keyfiyyətinə sahib idi. 2018-ci ildən etibarən TEKNOFEST layihə yarışmalarında iştirak edən əksəriyyəti tələbə olan gənclərin qurduğu texnologiya təşəbbüsləri müxtəlif sahələrdə yarışdı.” – deyə nazir bildirib.

O qeyd edib ki, Türkiyə dünyada sahibkarlıq və innovasiya sahəsində çox nadir bir model həyata keçirib.

Xatırladaq ki, Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə 30 avqust- 3 sentyabr tarixlərində paytaxt Ankarada TEKNOFEST keçirilib.

TEKNOFEST 27 sentyabr - 1 oktyabr tarixlərində Türkiyənin İzmir şəhərində keçiriləcək.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər