Son dəqiqə

Türkiyə Ankara İzmir Abdulkadir Uraloğlu Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi

Ankara ilə İzmir arasındakı məsafə 14 saatdan 3,5 saata enəcək – Uraloğlu

Bakı. TurkicWorld:

Ankara ilə İzmir arasındakı məsafə 14 saatdan 3,5 saata enəcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

Nazir Uraloğlu Ankara-İzmir Yüksək Sürətli Qatar Layihəsi ilə bağlı açıqlama verib.

“Eşmə ilə Salihli arasındakı 3 min 47 metr uzunluğundakı "T1" tuneli türk podratçı və mühəndislərinin nəyə nail ola biləcəyini dünyaya göstərdi. Bu tunel iki şəhər arasında səyahət müddətinin 3 saat 30 dəqiqəyə endirəcək.” – deyə Uraloğlu bildirib.

O qeyd edib ki, Eşmə ilə Salihli arasındakı hissənin uzunluğu 22 min 730 metr olan 25 tunellə xəttin ən çətin hissələrindən biridir və buradakı 25 tuneldən 7-si tamamlanıb.

“T1” tuneli 3 min 47 metr uzunluğu ilə Eşme-Salihli arasındakı ən uzun və Türkiyədə TBM (tunel açma maşını) ilə açılan ən böyük diametrə sahib tuneldi.” – deyə o bildirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər