Bakı. TurkicWorld:
Türkiyə dünyada sabitliyin və sülhün təminatına töhfə verir.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.
"Bu mənada bugünkü Türkiyəni sabitləşdirici qüvvə kimi xarakterizə edirəm. Türkiyə istiqrarı təmin edən qlobal və regional aktordur. İstər qlobal böhranlar, istərsə də regionumuzdakı gərginliklər ciddi problemlər yaradır. Bu çətinliklərlə üzləşsək də, ölkəmiz son 20 ildə sabitliyini qoruyub", - deyə o vurğulayıb.
F.Altun onu da bildirib ki, dünyanın müxtəlif yerlərində, xüsusilə də Qərb dünyasında irqçilik, islamofobiya və ksenofobiya artıb.
"Türkiyə dünyada dezinformasiyaya, yalan bombardımanına ən çox məruz qalan ölkələrdən biridir. Ancaq təkcə Türkiyə deyil, bütün dünya cəmiyyətləri bununla mübarizə aparır. Türkiyə Cümhuriyyəti olaraq dezinformasiyalarla ciddi mübarizə aparırıq”, - deyə o əlavə edib.
O, həmçinin bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan istər milli, istərsə də beynəlxalq arenada ölkəni daha da inkişaf etdirməyə çalışır.
"Prezidentimizin mübarizəsi Türkiyənin haqlı mübarizəsidir. Və bu mübarizə uğurlu olarsa, dünyada haqsızlıqlara məruz qalan bütün insanlar sevinəcək”, - deyə o qeyd edib.
Ləman Əsədli
Twitter:lamanasadli01