Türkiyə Türk Dövlətləri Təşkilatı Kubanıçbek Ömüraliyev

Ömüraliyev Türkiyə İxracatçılar Məclisinin sədr müavinini qəbul edib

Bakı. TurkicWorld:

Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Səfir Kubanıçbek Ömüraliyev Türkiyə İxracatçılar Məclisinin sədr müavini Ahmet Güleçi qəbul edib.

TurkicWorld xəbər verir ki, tərəflərin görüşü TDT baş qərargahında keçirilib.

Məlumata əsasən, görüş çərçivəsində tərəflər TDT-ə üzv və müşahidəçi dövlətlər arasında ticarətin dərinləşdirilməsi imkanlarını, o cümlədən iqtisadiyyatın və sənayenin mebel istehsalı kimi müxtəlif sektorlarının dəstəklənməsi və təşviqi imkanlarını müzakirə ediblər.

Ləman Əsədli

Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər