Son dəqiqə

Azərbaycan Türkiyə Qarabağ DHA Azərbaycan Qızıl Aypara Cəmiyyəti

DHA agentliyi Azərbaycanın Qarabağda yaşayan erməni əsilli sakinlərə göndərdiyi humanitar yardımı işıqlandırıb

Bakı. TurkicWorld:

Türkiyənin DHA xəbər agentliyi Azərbaycanın Qarabağda yaşayan erməni əsilli sakinlərə göndərdiyi humanitar yardımı işıqlandırıb.

TurkicWorld xəbər verir ki, DHA xəbər agentliyi Azərbaycanın Qarabağda yaşayan erməni əsilli sakinlərə humanitar yardım göndərdiyi Ağdam-Xankəndi yoluna jurnalistlər göndərib.

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib. Yük avtomobilləri Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir. Ərzaq dolu yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət olunub.

Ləman Əsədli

Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər