Son dəqiqə

Türkiyə Ankara İzmir TEKNOFEST Türkiyə Sənaye və Texnologiya nazirliyi Mehmet Fatih Kacır

Türkiyə kritik texnologiyalarda tam müstəqilliyə doğru irəliləyir – Kacır

Bakı. TurkicWorld:

Türkiyə kritik texnologiyalarda tam müstəqilliyə doğru irəliləyir.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır deyib.

“Türkiyə müttəfiqlərindən kritik platformalar, pilotsuz uçuş aparatları və bir çox oxşar sistemləri almaqda çətinlik çəkir. Buna görə də, kritik texnologiyalarda tam müstəqilliyə doğru irəliləyir” – deyə nazir bildirib.

Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə bu gün paytaxt Ankarada TEKNOFEST keçirilib.

TEKNOFEST 27 sentyabr - 1 oktyabr tarixlərində Türkiyənin İzmir şəhərində keçiriləcək.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər