Bakı. TurkicWorld:
Türkiyə Silahlı Qüvvələri beynəlxalq sülh və sabitliyin dəstəklənməsinə öz töhfələrini verməkdə davam edir.
TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.
"Türkiyə Silahlı Qüvvələri sərhədlərin təhlükəsizliyinin təmin edilməsindən, hüquq və mənafelərin müdafiəsindən terrorla mübarizəyə, beynəlxalq sülh və sabitliyin dəstəklənməsinə, geniş təlimlərin icrasından yerli və milli müdafiə sənayesinin inkişafına qədər üzərinə düşən vəzifələri uğurla yerinə yetirir. Cümhuriyyətimizin 100-cü ildönümündə daha böyük, daha güclü Türkiyə və Türk Silahlı Qüvvələri vizyonu ilə böyük əzm və səylə işimizi davam etdirəcəyik",- deyə nazir bildirib.
Qeyd edək ki, avqustun 30-u Türkiyə tarixinin ən önəmli günlərindən biri - Zəfər bayramıdır. 1922-ci il avqustun 30-da Türkiyə ordusu Mustafa Kamal Paşanın komandanlığı altında Qurtuluş savaşının taleyini həll edəcək zəfər qazanaraq ölkənin cənub-qərbini yunan işğalından azad edib.
Aytac Süleymanova
Twitter: a_alieva_







