İstanbul hava limanı gün ərzində həyata keçirdiyi uçuş sayına görə Avropanın lideri olub - Uraloğlu

İstanbul hava limanı gün ərzində həyata keçirdiyi uçuş sayına görə Avropanın lideri olub - Uraloğlu

Bakı. TurkicWorld:

İstanbul hava limanı gündə orta hesabla 1 511 uçuş həyata keçirməklə Avropanın lideri olub.

TurkicWorld-un məlumatına görə, bununla bağlı Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu öz rəsmi sosial media hesabında paylaşım edib.

"Avropa hava naviqasiya təhlükəsizliyi təşkilatının 21-27 Avqust tarixləri arasındakı məlumatlarına görə, İstanbul hava limanı gündə orta hesabla 1 511 uçuş həyata keçirməklə Avropanın lideri olub. Pandemiyadan əvvəlki dövrlə aparılan müqayisə zamanı işlək 20 hava limanı arasında 118 faiz artım əldə edib. Türkiyə sürətlənir",- deyə paylaşımda bildirilib.

Aytac Süleymanova

Twitter: a_alieva_