Türkiyə Avropanın dördüncü ən böyük təbii qaz ixracatçısıdır - Alparslan Bayraktar

Türkiyə Avropanın dördüncü ən böyük təbii qaz ixracatçısıdır - Alparslan Bayraktar

Bakı. TurkicWorld:

Türkiyə Avropanın dördüncü ən böyük təbii qaz ixracatçısıdır.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.

"Avropa Rusiya qazına alternativ tapmağa çalışır. Bu baxımdan, Türkiyə həm Avropanın təbii qaz tədarükü üçün, həm də dünya neft bazarında mühüm rola malikdir. Türkiyə boğazlarından gündə təxminən 2 milyon barel neft keçir", - deyə o əlavə edib.

A.Bayraktar onu da bildirib ki, Ceyhan və İraq-Türkiyə neft kəmərindən orta hesabla, ümumilikdə, 3-3,5 milyon barel neft ehtiyatı daşınır.

Ləman Əsədli

Twitter: lamanasadli01