Son dəqiqə

Türkiyə Gürcüstan TOBB Ömər Bolat

Türkiyə ilə Gürcüstan arasındakı gömrük qapısı sentyabrın 1-də yenidən fəaliyyətə başlayacaq

Bakı. TurkicWorld:

Türkiyə və Gürcüstan arasındakı Türkgözü gömrük qapısı sentyabrın 1-də açılacaq.

TurkicWorld-un məlumatına görə, Türkiyə və Gürcüstan arasındakı Türkgözü gömrük qapısının modernləşdirilməsi üçün Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB) tərəfindən 2021-ci ildə başlayan işlər tamamlanıb.

Gürcüstanla sərhəddə - Ərdahanın Posof rayonunda ikili giriş-çıxış gömrük binalarının, o cümlədən restoran, satış mağazası və şəxsi heyət üçün yaşayış yerlərinin olduğu gömrük qapısı ən müasir texnoloji avadanlıqlarla təchiz edilib.

Gün ərzində bu gömrük qapısından 500 yük maşınının keçəcəyi proqnozlaşdırılır.

Türkgözü gömrük qapısının açılışında Türkiyənin ticarət naziri Ömər Bolat və TOBB sədri Rifat Hisarcıklıoğlu da iştirak edəcək.

Məlumat üçün bildirək ki, Türkgözü gömrük qapısı 1995-ci ildə xidmətə başlayıb. Daha yaxşı xidmət göstərmək üçün isə 2021-ci ildə burada TOBB tərəfindən modernləşdirmə işlərinə başlanılıb.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər