Bakı. TurkicWorld:
Çanaqqalada baş verən meşə yanğınında 736 nəfər təxliyə edilib.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib.
“Nene Hatun Təcili Müdaxilə Gəmisi, 1 328 personal, səkkiz təyyarə, 26 helikopter, 202 su çəni, 30 su tankeri və 64 inşaat maşını ilə yanğının qısa zamanda nəzarət altına alınması üçün böyük mübarizə aparılır. Bölgədəki vətəndaşlarımız ehtiyat məqsədi ilə təxliyə edildi."- deyə ALtun qeyd edib.
Hafiz Rufizoğlu