Son dəqiqə

Türkiyə Yunanıstan İpsala gömrük-keçid məntəqəsi

İpsala gömrük-keçid məntəqəsinin fəaliyyəti yenidən bərpa edilib

Bakı. TurkicWorld:

Türkiyə-Yunanıstan sərhədində yerləşən İpsala və Kipi gömrük-keçid məntəqəsi yenidən fəaliyyətə başlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyi məlumat yayıb.

Məlumat üçün qeyd edək ki, Türkiyə-Yunanıstan sərhədində yerləşən Aleksandrupoli şəhərində 20 avqust tarixində baş verən yanğın səbəbilə İpsala gömrük-keçid məntəqəsinin fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdı.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər