TÜBİTAK kampusunda yanğın baş verib

TÜBİTAK kampusunda yanğın baş verib

Bakı. TurkicWorld:

Kocaelinin Gebze rayonundakı Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurasının (TÜBİTAK) şəhərciyində yanğın baş verib.

TurkicWorld xəbər verir ki, yanğının naməlum səbəbdən baş verib.

Əraziyə çoxlu sayda yanğınsöndürən cəlb edilib.

"Ərazidəki yanğının söndürülməsi üçün vertolyot dəstəyi istədik. Dövlətin bütün imkanları ilə yanğına müdaxilə edilir." – deyə Kocaeli valisi Seddar Yavuz bildirib.

Hafiz Rufizoğlu