Elazığda 700 min illik tarixi olan metal emalatxanası aşkar edilib

Elazığda 700 min illik tarixi olan metal emalatxanası aşkar edilib

Bakı. TurkicWorld:

Elazığın Harput Məhəlləsində arxeoloji qazıntılar nəticəsində 700 min illik tarixi olan beş metal emalatxanası aşkar edilib.

TurkicWorld xəbər verir ki, qazıntılar Fırat Universiteti Təhsil Fakültəsinin müəllimi Prof. Dr. İsmayıl Aytaçın rəhbərliyi ilə aparılıb.

"Burada göründüyü kimi, orta əsrlərdə beş metal istehsalı emalatxanası fəaliyyət göstərib. Bu, filizlərin qızdırılaraq məhsula çevrildiyi emalatxanadır. Bildiyim qədərilə, Türkiyədə metal emalatxanası yoxdur. Bu il emalatxanaları bərpa edib, divarlarını, üst örtüyünü bağlayıb turistlərin istifadəsinə verəcəyik. Bu, bir ilk olacaq", - deyə İ.Aytaç bildirib.

Qeyd edək ki, sivilizasiyaların mərkəzi kimi mühüm tarixi və dini dəyəri olan Harput Məhəlləsinin YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilməsi üçün 10 il öncədən qazıntı işlərinə başlanılıb. Bu müddət ərzində Prof. Dr. Aytaçın koordinasiyası ilə həyata keçirilən işlərdə silahlar, ox ucları, katapult daşları, keramika və şüşə də daxil olmaqla 100 mindən çox tarixi əsər üzə çıxarılıb.

Ləman Əsədli

Twitter: lamanasadli01