Son dəqiqə

Türkiyə TOBB zəlzələ Cevdet Yılmaz

Yüksək istehsal və ixrac imkanları ilə Türkiyə bir çox ölkədən müsbət mənada fərqlənib - Cevdet Yılmaz

Bakı. TurkicWorld:

Türkiyə bir çox ölkədən müsbət mənada fərqlənib.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB) İqtisadi Şurasının iclasında çıxışı zamanı deyib.

"Təkcə bu il mərkəzi hökumət büdcəmizdən zəlzələnin yaratdığı dağıntıları bərpa etmək üçün 762 milyard türk lirəsi xərclənəcək. Bütün bu çətinliklərə baxmayaraq, Türkiyə güclü istehsal və ixrac imkanları ilə bir çox ölkələrdən müsbət mənada fərqlənib. Türkiyə iqtisadiyyatı 2023-cü ilin birinci rübündə 4 faiz artım əldə edib. 2022-ci ildə 37 faiz olan emal sənayesi ixracında orta yüksək və yüksək texnologiyalı məhsul ixracının payı bu ilin ilk yeddi ayında 41 faizə yüksəlib", - deyə o vurğulayıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 783-ə çatıb.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər