Son dəqiqə

Türkiyə Resmi Gazete

Türkiyədə 30-a yaxın ərazi bərpa olunan enerji resursları sahəsi elan edilib

Bakı. TurkicWorld:

Türkiyənin 17 vilayətində 29 ərazi külək enerjisinə əsaslanan bərpa olunan enerji resursları sahələri elan edilib.

TurkicWorld bu barədə Resmi Gazeteye istinadən xəbər verir.

"Adıyaman, Malatya, Çankırı, Çorum, Elazığ, Giresun, Gümüşhane, Ordu, Karaman, Kütahya, Uşak, Əskişəhər, Tokat, Samsun, Sivas, Trabzon və Yozgatda külək enerjisinə əsaslanan 29 YEKA müəyyən edilib. Sözügedən sahələrin künc koordinatları, eskizləri və sahə ölçüləri paylaşılıb", - deyə Resmi Gazetede paylaşılan məlumatda göstərilib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər