Son dəqiqə

Türkiyə Fəxrəddin Altun AK Parti

Qatıldığı bütün seçkilərdə qalib gələn AK Parti illər ərzində daha da təkmilləşib - Altun

Bakı, TurkicWorld:

Qatıldığı bütün seçkilərdə qalib gələn Türkiyənin iqtidarda olan Ədalət və İnkişaf Partiyası (AK Parti) illər ərzində daha da təkmilləşib.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun öz rəsmi sosial media hesabında bildirib.

"Qurulduğu gündən bu yana millətə xidmət, demokratiya, ədalətdən və inkişafdan güzəştə getməyən AK Partiyanın 22-ci ildönümünü təbrik edirəm", - deyə o əlavə edib.

Qeyd edək ki, bugün Türkiyənin iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AK Parti) qurulmasından 22 il ötür.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər