Son dəqiqə

Türkiyə Akkuyu Atom Elektrik Stansiyasının (NGS)

Akkuyu AES-in kimya laboratoriyasında ion xromatoqrafiya cihazının işə salınması üzrə işlər tamamlanıb

Bakı. TurkicWorld:

Akkuyu Atom Elektrik Stansiyasının (NGS) kimya Laboratoriyasında ion xromatoqrafiya cihazının işə salınması üçün tələb olunan nəzarət işləri tamamlanıb.

TurkicWorld-un məlumatına görə, Akkuyu Atom Elektrik Stansiyasının (NGS) kimya laboratoriyasında hazırlanan ion xromatoqrafiya cihazı, enerji bloklarında reaktorların birinci dövrəsində istifadə olunan suyun təhlili üçün nəzərdə tutulub.

“Türkiyənin ilk atom elektrik stansiyasının avadanlıq və sistemlərinin quraşdırılması prosesi davam edir. İon xromatoqrafiya cihazı Akkuyu AES-in kimyəvi nəzarət strukturunun mühüm elementidir və müxtəlif tələbləri yerinə yetirməyə imkan verir. Ölçmə diapazonuna görə Türkiyədə yeganə olan cihaz, AES sistemlərində istifadə olunan suyun yüksək dəqiqliklə yoxlanılmasını təmin edir. Xromatoqrafiya qurğusu quraşdırıldıqdan sonra su açıq reaktora ötürüləcək və təhlükəsizlik sistemlərinə nəzarət etmək üçün lazım olan duzsuzlaşdırılmış suyun hazırlanmasına başlanılacaq”,- deyə Akkuyu nüvə şirkətinin direktor müavini bildirib.

Şirkətdən verilən məlumatda qeyd edilib ki, ion xromatoqrafiya cihazı yüksək həssaslıq testləri ilə birinci dövrədə suyu təhlil edir.

“Akkuyu AES-in VVER-1200 3+ nəsil reaktor güc blokları bir çox əsas təhlükəsizlik xüsusiyyətlərinə malikdir. Onlardan biri müxtəlif dövrlərdə suyun qarışmadığı iki dövrəli buxar istehsal sistemidir. Bu sistemin birinci dövrü reaktor bloku ilə buxar generatoru arasında çox təmiz duzsuzlaşdırılmış suyun dövr etdiyi qapalı dövrdür. İon xromatoqrafiya cihazı yüksək həssaslıq testləri ilə birinci dövrədə suyu təhlil edir. Ən müasir cihaz su mühitində ultra aşağı konsentrasiyalarda AES-lərin kimyəvi tərkibini müəyyən etmək üçün ən mürəkkəb ölçmələri həyata keçirməyə imkan verir. Kimyəvi vasitələrlə təmizlənən su, birinci dövrədə qızdırıldıqdan sonra ikinci dövrədə istilik suya keçir. İkinci dövrədə yaranan buxar elektrik enerjisi yaratmaq üçün turbinləri fırladır”,- deyə Akkuyu nüvə şirkətinin direktor müavini Sergey Butckikh vurğulayıb.

Qeyd edək ki, Akkuyu Atom Elektrik Stansiyası 2010-cu il mayın 12-də Türkiyə və Rusiya prezidentləri arasında imzalanmış müqavilə çərçivəsində Türkiyənin Mersin vilayətinin Büyükeceli bölgәsindә tikilib.

2018-ci ilin aprel ayında birinci reaktorun, 2020-ci ilin iyun ayında ikinci reaktorun, 2021-ci ilin mart ayında üçüncü reaktorun, 2022-ci ilin iyun ayında isə sonuncu reaktorun təməli qoyulub.

Aprelin 27-də Atom Elektrik Stansiyasına ilk yanacaq yüklənib.

Ümumi gücü 4 min 800 meqavat olan dörd blokdan ibarət Akkuyuda dörd reaktorun bir il fərqlə istifadəyə verilməsi planlaşdırılır. Dörd reaktorun istismara verildiyi zaman ildə cəmi 35 milyard kilovat-saat elektrik enerjisi istehsal ediləcək və Türkiyənin elektrik enerjisinə ehtiyacının təxminən 10 faizini qarşılayacağı gözlənilir. AES ilə ildə 17 milyon ton karbon emissiyasının qarşısı alınacaq.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər