Türkiyə Türk Dövlətləri Təşkilatı Kubanıçbek Ömüraliyev Cevdet Yılmaz

TDT-nin Baş katibi Türkiyənin vitse-prezidenti ilə görüşüb

Bakı. TurkicWorld:

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb.

TurkicWorld xəbər verir ki, İstanbulda keçirilən görüşdə tərəflər TDT-nin gündəliyindəki mövzuları və üzv dövlətlər arasında xüsusilə iqtisadi, ticari, nəqliyyat və gömrük sahələrindəki əməkdaşlığı ətrafında fikir mübadiləsi aparıblar.

Bundan əlavə, Baş katib vitse-prezident Cevdet Yılmaza təşkilatın fəaliyyəti, o cümlədən qarşıdan gələn TDT 10-cu Sammitinə hazırlıq barədə məlumat verib.

Mövzuya görə xəbərlər