Son dəqiqə

Türkiyə Samsun

Samsunda Teknik Təyyarə Baxım və Təmir Mərkəzinin tanıtımı keçirilib

Bakı. TurkicWorld:

Türkiyənin Samsun şəhərində Texniki Təyyarələrə Baxım və Təmir Mərkəzinin tanıtımı keçirilib.

TurkicWorld-un məlumatına görə, Samsun Texniki Təyyarə Baxım və Təmir Mərkəzi təqdimat proqramı Samsun Universiteti Ballıca Kampusunda təşkil edilib.

Təqdimat proqramında Samsun Universitetinin rektoru Prof. Dr. Mahmut Aydın, Samsun Böyükşəhər Bələdiyyə Başçısı Mustafa Demir, Samsun Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Salih Zeki Murzioğlu, iş dünyasından iri şirkətlərin rəhbərləri, ictimai qurum və təşkilatların rəhbərləri iştirak edib.

Məlumat üçün qeyd edək ki, Samsun Texniki Təyyarələrə Baxım və Təmir Mərkəzinin qonaqları emalatxanalara baş çəkib, texniki işçilərdən emalatxanaların avadanlıqları və imkanları haqqında məlumat alıblar.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər