Son dəqiqə

Türkiyə ASELSAN Səudiyyə Ərəbistanı Bayraktar AKINCI TİHA ROKETSAN

Baykarla imzalanan müqavilələr Türkiyə və Səudiyyə Ərəbistanı arasında müdafiə sənayesində əlaqələri möhkəmləndirəcək - Breaking Defense

Bakı. TurkicWorld:

Baykarla imzalanan müqavilələr Türkiyə və Səudiyyə Ərəbistanı arasında müdafiə sənayesi sahəsində uzunmüddətli əlaqələr yaradacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının "Breaking Defense" müdafiə sənayesi nəşrləri məqalə hazırlayıb.

Məqalədə o da bildirilib ki, bu əməkdaşlıq, həmçinin, Türkiyənin digər Körfəz ölkələri ilə əlaqələrini möhkəmləndirəcək.

Qeyd edək ki, 18 iyul tarixində Türkiyənin Baykar şirkətinin baş direktoru Haluk Bayraktar ilə Səudiyyə Ərəbistanı Müdafiə nazirinin müavini Halid Bin Hüseyn Əl Bayari arasında “Bayraktar AKINCI” TİHA-Pilotsuz Döyüş Aparatının (Taarruzi İnsansız Hava Aracı) Səudiyyə Ərəbistanına ixracı ilə bağlı müqavilə imzalanıb.

Bundan əlavə, 8 avqust tarixində BAYKAR və SAMI (Saudi Arabia Military Industries) şirkətləri Səudiyyə Ərəbistanında pilotsuz uçuş aparatlarının yerli istehsalı üçün, ASELSAN ilə NCMS şirkəti arasında elektro-optik sistem və təlim texnologiyaları, ROKETSAN və NCMS şirkətləri arasında ağıllı döyüş sursatları və təlim texnologiyaları ilə bağlı anlaşma memorandumu imzalanıb.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər