Bakı. TurkicWorld:
Türkiyənin Malatya vilayətində 5.3 bal gücündə zəlzələ baş verib.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) xəbər verib.
"Zəlzələ zamanı insanların panikaya düşməsi səbəbi ilə bir neçə yüksək mərtəbədən özünü atanlar olub. Bir ədəd boş bina isə zəlzələ nəticəsində uçub" - deyə Malatya qubernatoru bildirib.
Hafiz Rufizoğlu