Bakı. TurkicWorld:
Türkiyə ilə Böyük Britaniya arasında miqrasiya sahəsində əməkdaşlıq edilib.
TurkicWorld-un məlumatına görə, əməkdaşlıq çərçivəsində İngiltərədən Türkiyəyə üçüncü ölkə vətəndaşlarının qəbulu mümkün olmayacaq.
Əməkdaşlıq çərçivəsində, Türkiyə-Serbiya-Fransa-İngiltərə vasitəsilə yeni marşrut yaradan miqrant qaçaqmalçılarına qarşı yeni addım atılıb.
Böyük Britaniya və Türkiyə hüquq-mühafizə orqanları, əksəriyyəti terror təşkilatlarına bağlı olan, Türkiyəni ləkələyən və sığınacaq istəyən insanlara qarşı kəşfiyyat məlumatlarının paylaşılması da daxil olmaqla əməkdaşlıq edəcək.
Bu çərçivədə Böyük Britaniya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın G-20 çərçivəsində miqrasiya və köçkünlərlə bağlı araşdırma aparmaq təklifini dəstəkləyəcəklərini açıqlayıblar.
Hafiz Rufizoğlu