Bakı. TurkicWorld:
Türkiyənin Manisa vilayətinin Kırkağaç rayonunda meşə yanğını baş verib.
TurkicWorld-un məlumatına görə, ilkin müdaxiləni Türkiyənin İzmir Meşə Region Müdirliyinə bağlı yanğınsöndürmə qrupları həyata keçirib.
Məlumat üçün qeyd edək ki, yanğına dörd təyyarə, səkkiz helikopter, 21 su təchizatı maşını, və 3 dozer müdaxilə edir.
Hal-hazırda yanğınsöndürmə işləri davam edir.
Hafiz Rufizoğlu






