Bakı. TurkicWorld:
Türkiyədə İstanbul hava limanı personalını daşıyan avtobus qəza uğrayıb.
TurkicWorld-un məlumatına görə, qəzada 29 nəfər yaralanıb.
Körpü ilə hərəkət edən avtobus naməlum səbəbdən idarəetmədən çıxaraq təxminən 6 metr hündürlükdən boş sahəyə düşüb.
Xəbərdarlıq üzərinə bölgəyə jandarma, xilasetmə və sağlamlıq qrupları cəlb edilib.
Hadisə yerinə gələn təcili yardım qruplarının ilk müdaxiləsindən sonra, yaralılar təcili yardımlarla ətrafdakı xəstəxanalara aparılıb.
Hafiz Rufizoğlu







