Bakı. TurkicWorld:
DEAŞ-ın dünyaya yayılan 9 min 952 nəfərlik terror siyahısı İstanbul polisi tərəfindən keçirilən əməliyyatla ələ keçirilib.
TurkicWorld-un məlumatına görə, Özbəkistanda İran kəşfiyyatına çalışan 5 nəfərlik casus ilə DEAŞ üzvləri arasında həyata keçiriləcək "yük" bazarlığı İstanbul polisi tərəfindən tutulub. Tərcümə edilən telefon dinləməsi göstərib ki, DEAŞ bütün dünyada yataq kamerası sistemi ilə həyata keçiriləcək silahlı və bombalı hərəkatlar planlaşdırır.
İstanbul polisinin keçirdiyi xüsusi əməliyyat nəticəsində, DEAŞ-ın dünyaya yayılan 9 min 952 nəfərlik terror siyahısı ələ keçirilib. Siyahını 8,5 milyon avroya almağa razı olan İran kəşfiyyatına işləyən 5 casus və kuryer də tutulub.
Polis tərəfindən ələ keçirilən rəqəmsal yükdən bütün dünyaya yayılan 9 min 952 DEAŞ terrorçusunun bioqrafik kəşfiyyat məlumatları, foto tərcümeyi-halları və şəxsiyyət məlumatları tapılıb.
Aytac Süleymanova
Twitter: a_alieva_





