Türkiyədə havadan erkən xəbərdarlıq və idarəetmə təyyarələri modernləşdiriləcək

Türkiyədə havadan erkən xəbərdarlıq və idarəetmə təyyarələri modernləşdiriləcək

Bakı. TurkicWorld:

Türkiyədə havadan erkən xəbərdarlıq və idarəetmə təyyarələri modernləşdiriləcək.

TurkicWorld-un məlumatına görə,Türkiyənin müdafiə sənayesi rəyasət heyətinin təşəbbüsü ilə həyata keçiriləcək layihə ilə Havadan Erkən Xəbərdarlıq və İdarəetmə (HİK) təyyarələri və Quru Dəstək Mərkəzindən ibarət HİK Sistemi modernləşdiriləcək.

16-cı Beynəlxalq müdafiə sənayesi sərgisində hərbi hava qüvvələri komandanlığının modernizasiya ehtiyaclarını qarşılamaq üçün Türkiyənin Müdafiə Sənayesi nazirliyi (SSB) tərəfindən irəli sürülən Havadan Erkən Xəbərdarlıq və Nəzarət (HİK) Sisteminin Modernləşdirilməsi üzrə əməkdaşlıq protokolunun imzalanma mərasimi keçirilib.

İmza mərasimi TUSAŞ, ASELSAN və HAVELSAN-ın iştirakı ilə baş tutub.

SSB tərəfindən həyata keçirilən logistik dəstək layihəsi çərçivəsində Hərbi Hava Qüvvələri Komandanlığının inventarında olan və texniki xidmət əməliyyatları həyata keçirilən dörd HİK təyyarəsi və yer dəstək mərkəzindən ibarət HİK Sistemi sürətlə dəyişən texnoloji inkişaflar və azalan istehsalçı resursları ilə artan köhnəlmə problemlərini aradan qaldırmaq üçün modernləşdiriləcək.

Milli Müdafiə nazirliyi ilə Müdafiə Sənayesi rəyasət heyətinin razılığı ilə həyata keçiriləcək layihə daxili və milli imkanlardan maksimum istifadə etməyi hədəfləyir.