Bakı. TurkicWorld:
Avropa İttifaqı Türkiyə olmadan qlobal aktor ola bilməz.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Səfirlərin 14-cü Konfransında çıxışı zamanı deyib.
"Türkiyənin Avropa İttifaqına üzvlük prosesinin tamamlanması vacibdir. Xarici əlaqələrimizin struktur əsasını yaratmağa çalışırıq", - deyə H.Fidan vurğulayıb.
Qeyd edək ki, daha öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlük müraciətinin təsdiqlənməsi üçün Türkiyənin də Avropa İttifaqına üzv olmasının lazım olduğunu bildirmişdi.
Ləman Əsədli
Twitter:lamanasadli01







