Türkiyədə yeni neft quyusu qazılır

Türkiyədə yeni neft quyusu qazılır

Bakı. TurkicWorld:

Türkiyənin Siirt-Pervari dağı ərazisində bir müddət əvvəl aşkar edilmiş neft ehtiyatının çıxarılması üçün quyuda qazma işlərinə başlanılıb.

TurkicWorld xəbər verir ki, quyuda yüksək keyfiyyətli neftin olduğu təxmin edilir.

Qeyd edək ki, Türkiyənin "Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti tərəfindən iyun ayında Siirt-Pervari dağı ərazisində neft kəşfiyyatına başlanılıb.

Xatırladaq ki, mayın 2-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqindəki Şırnak əyalətinin Cudi və Qabar rayonlarında yeni neft ehtiyatlarının aşkar edildiyini açıqlayıb və 7 iyul tarixində 75 min 52 barel ümumi neft hasilatı ilə ölkədə ən yüksək gündəlik hasilat rekordu qırılıb.

Ləman Əsədli

Twitter: lamanasadli01