Son dəqiqə

Suriya Türkiyə Milli Müdafiə Nazirliyi İraq Zeki Aktürk

İraq və Suriyanın şimalında yerləşən terrorçular məhv edilir – Zeki Aktürk

Bakı. TurkicWorld:

İraq və Suriyanın şimalında yerləşən terrorçular məhv edilir.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri Zeki Aktürk nazirlikdə keçirilən “Mətbuat İnformasiya Toplantısı”nda bildirib.

“Əməliyyatlar nəticəsaində zərərsizləşdirilən terrorçuların sayı 1 yanvar tarixdən bu yana 942-yə, 24 iyul 2015-ci ildən bu yana isə 38 min 285-ə çatmışdır” – deyə Aktürk vurğulayıb.

O qeyd edib ki, son bir həftədə 50 terrorçu zərərsizləşdirilib.

“Pençe-Kilit əməliyyatı bölgəsində bu həftə terror təşkilatına aid ən böyük sursat anbarının ələ keçirilib. Terror təşkilatına aid anbarda 15 min 400 zenit sursatı tapılıb” –deyə Aktürk bildirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər