Son dəqiqə

Türkiyə NATO S-400

Türkiyə istehsalı olan Siper raketi S-400-ü əvəz edir – Eray Güçlüer

Bakı. TurkicWorld:

Türkiyə istehsalı olan Siper raketi Rusiya istehsalı S-400 zenit raket kompleksini əvəz edir.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Təhlükəsizlik Analitiki Dr. Eray Güçlüer deyib.

"Türkiyə Siper raketini istehsal etdikdən sonra S-400 böhranı unuduldu. Çünki bizim Siper raketimiz S-400-ün yerini aldı. Raketin mənzili hazırda 150 km olmasına baxmayaraq, 600 km-ə qədər artırılacaq" – deyə Güçlüer qeyd edib.

Eray Güçlüer bildirib ki, keçmişdə Türkiyənin müdafiəsi NATO-dan asılı olsa da, hal-hazırda biz hər cür silah istehsal edirik.

“Biz artıq zirehli döyüş maşınları, tufan qaubitsaları və zirehli transportyorlar istehsal edirik. Onların əksəriyyəti amfibiyalardır. Bu maşınlarımız xaricdəki əməliyyatlar üçün nəzərdə tutulub. Türkiyə əsas döyüş sistemlərində artıq xarici ölkələrdən asılı deyil. “ – deyə o qeyd edib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər