Əlcəzair, Liviya, İsrail və Misir Türkiyənin neft təcrübələrindən faydalanmaq istəyir

Əlcəzair, Liviya, İsrail və Misir Türkiyənin neft təcrübələrindən faydalanmaq istəyir

Bakı. TurkicWorld:

Əlcəzair, Liviya, İsrail və Misir Türkiyənin "Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkətinin neft-mədən xidmətləri, neft və neft məhsullarının saxlanması, ticarəti, daşınması kimi təcrübələrindən faydalanmaq istəyir.

TurkicWorld xəbər verir ki, Malayziya və Braziliya ilə də əməkdaşlıq üçün danışıqlar davam edir.

Qeyd edək ki, TPAO hazırda Azərbaycanda Azəri-Çıraq-Günəşli layihəsindən gündə orta hesabla 8 min 251 barel neft, Şah Dəniz layihəsindən 60 min 594 barel təbii qaz, 14 min 266 barel neft kondensatı əldə edir. İraq Missan Layihəsindən 4 min 696, Badra Layihəsindən 1484 barel neft hasil edir. Bundan əlavə, Rusiyanın Baytuğan yatağından 3 min 858 barel neft əldə edir.

Ləman Əsədli
Twitter: Lamanasadli01