İmamoğlunun Kılıçdaroğlundan tələbi açıqlandı

İmamoğlunun Kılıçdaroğlundan tələbi açıqlandı

Bakı. TurkicWorld:

İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlunun Türkiyədə keçiriləcək bələdiyyə seçkilərində Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlundan tələbi açıqlandı.

TurkicWorld xəbər verir ki, İmamoğlu CHP sədrinin öz vəzifəsindən istefasını tələb edib.

Məlumata əsasən, o, Kılıçdaroğlunun sədrliyə davam edəcəyi təqdirdə, İstanbul Böyükşəhər Bələdiyyəsinə namizəd olmayacağını bildirib.

Bundan əlavə, İmamoğlu yeni yol xəritəsini 10 gün ərzində mətbuat konfransında açıqlayacaq.

Qeyd edək ki, 31 mart 2024-cü il tarixində Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək.

Ləman Əsədli
Twitter: Lamanasadli01