Ən çox PUA-ya sahib ölkələr hansılardır?

Ən çox PUA-ya sahib ölkələr hansılardır?

Bakı. TurkicWorld:

Pilotsuz uçuş aparatlarına (PUA) ciddi sərmayələr qoyan Türkiyə, ən çox PUA-ya sahib ölkələr siyahısında üçüncü yer tutub.

TurkicWorld bu barədə İngiltərənin Gravity jurnalına istinadən xəbər verir.

Türkiyənin qabaqcıl müdafiə sənayesi şirkətlərindən olan TUSAŞ, Baykar, HAVELSAN və STM tərəfindən istehsal edilən və xaricdən alınan PUA-lar da daxil olmaqla ölkənin ümumilikdə 978 pilotsuz uçuş aparatı xidmətə hazır vəziyyətdədir.

PUA-lar hər keçən gün orduda daha da əhəmiyyət kəsb edən silah növü olmağa davam edir.

Bu kontekstdə bir çox ölkə PUA istehsalına və inkişafına diqqət yetirməyə başlayıb.

TurkicWorld ən çox PUA-ya sahib olan ölkələr siyahısını təqdim edir:

1- ABŞ: 11 min 520

2- Çin: 3 min 500

3- Türkiyə: 978

4- İsrail: 710

5- İran: 600

6- İngiltərə: 520

7- Hindistan: 468

8- Ukrayna: 420

9- Rusiya: 377

10- Fransa: 208