Son dəqiqə

Ukrayna Türkiyənin Milli Müdafiə Nazirliyi Taxıl Dəhlizi Sazişi

Ukrayna limanlarındakı gəmilərin təhlükəsiz çatdırılması üçün danışıqlar davam edir - Türkiyə MN

Bakı. TurkicWorld:

Ukrayna limanlarındakı Türk ticarət gəmilərinin təhlükəsiz çatdırılması üçün həm Ukrayna, həm də Rusiya ilə danışıqlar davam edir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bundan əlavə, Türkiyə MN Taxıl Dəhlizii Sazişinin fəlaiyyətinin davam etdirilməsindən yana olduğunu bir daha vurğulayıb.

Xatırladaq ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 17 iyul tarixində bildirib ki, Rusiya taxıl sazişinə xitam verib.

Taxıl Dəhlizi Sazişi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb.

Saziş çərçivəsində dəhliz vasitəsilə 1 avqust 2022-ci il tarixindən indiyə qədər 1000-dən çox gəmi ilə 33 milyon tona yaxın taxıl daşınıb.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər