HAVELSAN texnologiyalarının Azərbaycana inteqrasiyası üçün danışıqlar aparılır

HAVELSAN texnologiyalarının Azərbaycana inteqrasiyası üçün danışıqlar aparılır

Bakı. TurkicWorld:

Türkiyənin HAVELSAN müdafiə sənayesi şirkətinin proqram təminatı, avtonom və süni intellekt imkanlarının Azərbaycana inteqrasiyası üçün danışıqlar aparılır.

Bu barədə TurkicWorld-ə özəl olaraq Türkiyə hərbi saytından məlumat verilib.

Məlumata əsasən, ilkin mərhələdə isə Körfəz ölkələrinə inteqrasiya həyata keçiriləcək.

Qeyd edək ki, HAVELSAN şirkəti bugün 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF 2023) “rəqəmsal birlik” konsepsiyası və onu təşkil edən pilotsuz hava, quru və dəniz nəqliyyat vasitələrini nümayiş etdirib.

Ləman Əsədli
Twitter: Lamanasadli01