Son dəqiqə

Türkiyə KAAN ANKA-3

KAAN və ANKA-3 ilk dəfə qol uçuşu həyata keçirəcək

Bakı. TurkicWorld:

Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən hazırlanan KAAN milli döyüş təyyarəsi və ANKA-3 PUA-sı ASELSAN şirkəti tərəfindən təşkil edilən 25-28 iyul tarixlərində İstanbulda keçiriləcək 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF 2023) qol uçuşu həyata keçirəcək.

Bu barədə TurkicWorld-ə özəl olaraq Türkiyənin hərbi saytından məlumat verilib.

Məlumata əsasən, Avtonom Qol Uçuş (OKU) layihəsi çərçivəsində NATO standartlarına uyğun istehsal edilən yerdən idarəetmə deposu da nümayiş etdiriləcək.

Qeyd edək ki, Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yaradılan milli döyüş təyyarəsinin məqsədi ABŞ-dan alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli Döyüş Təyyarəsinin ilk uçuş testi 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1 may tarixində Ankarada keçirilən “İstikbalin Yüzyılı” proqramında Milli Döyüş Təyyarəsinə KAAN adını verib.

Məlumat üçün bildirək ki, Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yaradılan ANKA-3 Pilotsuz Uçuş Aparatının maksimal uçuş çəkisi 6,5 tondur və 1,2 ton yük daşıya bilir. 40 min fut yüksəklikdə 10 saat uçuş müddəti olan ANKA-3, 250 kts kruiz sürətinə malikdir.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər