Bakı. TurkicWorld:
Türkiyənin Adana vilayətində 5,5 bal gücündə zəlzələ baş verib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.
Məlumata əsasən, hadisə nəticəsində ölən və yaralanan yoxdur.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 783-ə çatıb.
Ləman Əsədli
Twitter: Lamanasadli01





