Son dəqiqə

Türkiyə Rusiya Hakan Fidan Qara dəniz taxıl sazişi

Taxıl Sazişi prosesini Birləşmiş Millətlər Təşkilatı ilə birlikdə qiymətləndiririk - Hakan Fidan

Bakı. TurkicWorld:

Taxıl Sazişi prosesini Birləşmiş Millətlər Təşkilatı ilə birlikdə qiymətləndiririk.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər naziri Hakan Fidan deyib.

"Rusiyanın masaya gətirilməli olduğuna inanırıq. Bunun xaricində həll yollarının təhlükəsizliyi təhlükə altına alma ehtimalı böyükdür"-deyə o vurğulayıb.

Fidan bildirib ki, bu böhranın tez bir zamanda həll olunması üçün Rəcəb Tayyib Ərdoğan danışıqlar aparır.

Məlumat üçün qeyd edək ki, Hakan Fidan Venesuelanın xarici işlər naziri İvan Gil ilə Xarici İşlər Nazirliyinin İstanbul nümayəndəliyində birgə mətbuat konfransı keçirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər