Türkiyənin VOLKAN atış idarəetmə sistemi IDEF-2023-də nümayiş etdiriləcək

Türkiyənin VOLKAN atış idarəetmə sistemi IDEF-2023-də nümayiş etdiriləcək

Bakı. TurkicWorld:

Türkiyənin ASELSAN şirkəti tərəfindən hazırlanan VOLKAN atış idarəetmə sistemi 25-28 iyul tarixlərində İstanbulda 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF 2023) nümayiş etdiriləcək.

Bu barədə TurkicWorld-ə özəl olaraq Türkiyə hərbi saytından məlumat verilib.

Məlumata əsasən, VOLKAN atış idarəetmə sisteminin testləri uğurla tamamlanaraq ALTAY, M60T və Leopard2A4 tanklarına inteqrasiya edilib.

Qeyd edək ki, VOLKAN sistemi yenilənmiş sistem arxitekturası, effektiv gündüz və gecə müşahidə qabiliyyəti, ilk atışda dəqiq vurma ehtimalı, yeni nəsil istifadəçi interfeysi ilə çətin döyüş, ərazi və hava şəraitində tanklara atəş idarəetmə funksiyalarını yerinə yetirmək imkanı qazandırıb.

Ləman Əsədli

Twitter: lamanasadli01