Son dəqiqə

Türkiyə G20 sammiti Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi Mehmet Şimşek Hafize Gaye Erkan

Mehmet Şimşek G20 toplantısında görüşlər keçirib

Bakı. TurkicWorld:

Türkiyənin Xəzinə və Maliyyə Naziri Mehmet Şimşək Hindistanda keçirilən G20 toplantılarında görüşlər keçirib.

TurkicWorld-un məlumatına görə, Mehmet Şimşeki Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) sədri Hafize Gaye Erkan müşayiət edib.

Mehmet Şimşek G20 çərçivəsində ABŞ-ın maliyyə naziri Canet Yellen ilə görüşüb.

Məlumat üçün qeyd edək ki, Dünya Bankının sədri Ajay Banqa, Sinqapur baş nazirinin müavini və maliyyə naziri Lourens Vonq, Avropa İttifaqı Komissiyasının İqtisadiyyat üzrə komissarı Paolo Gentiloni, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Renaud-Basso və Kanadanın maliyyə naziri Kristia Friland ilə də görüşlər keçirilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər