Son dəqiqə

Türkiyə Qara dəniz taxıl sazişi Ursula von der Leyen

Aİ Komissiyasının sədri Rusiyanın Qara dəniz taxıl sazişini ləğv etməsini pisləyib

Bakı. TurkicWorld:

BMT və Türkiyənin səylərinə baxmayaraq, Rusiyanın Qara dəniz taxıl dəhlizi sazişini ləğv etməsini qətiyyətlə pisləyirəm.

TurkicWorld xəbər verir ki, bu sözləri Avropa İttifaqı Komissiyasının sədri Ursula von der Leyen deyib.

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bugün bildirib ki, Rusiya taxıl sazişinə xitam verib.

Qara dəniz taxıl dəhlizi müqaviləsi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb.

Saziş çərçivəsində dəhliz vasitəsilə 1 avqust 2022-ci il tarixindən indiyə qədər 1000-dən çox gəmi ilə 33 milyon tona yaxın taxıl daşınıb.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər