Türkiyədən aldığımız Bayraktar TB2 SİHA-ları Kosovaya gəldi – Kosova Baş naziri

Türkiyədən aldığımız Bayraktar TB2 SİHA-ları Kosovaya gəldi – Kosova Baş naziri

Bakı. TurkicWorld:

Türkiyədən aldığımız Bayraktar TB2 SİHA-ları Kosovaya gəldi

TurkicWorld-un məlumatın görı, bu barədə Kosovo Baş naziri Albin Kurti öz twitter hesabında paylaşım edib.

“Türkiyədən aldığımız Bayraktar TB2 pilotsuz uçuş aparatlarını ordumuzun inventarına əlavə etdik. Biz ordu büdcəsini 100 faizdən çox artırdıq. Kosovo indi daha təhlükəsizdir!" deyə Kurti deyib.

O qeyd edib ki , FSK zabitlərinin SİHA-nın istifadəsi ilə bağlı təhsillərini tamamlayıblar.

Hafiz Rufizoğlu