Son dəqiqə

Türkiyə Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB)

Əkrəm İmamoğlu həbs edilə bilər

Bakı. TurkicWorld:

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu həbs edilə bilər.

TurkicWorld-un məlumatına görə, Tuzla Bələdiyyə Başçısı Şadi Yazıcını təhqir edən İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu barəsində "dövlət məmurunu açıq şəkildə təhqir etmək" maddəsi ilə iddia qaldırılıb.

İttihamnamədə İmamoğlunun 2 il 4 ay müddətinə azadlıqdan məhrum edilməsi istənilib.

Qeyd edək ki, Əkrəm İmamoğlu, 2019-cu ildən İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsində çalışır.

Mövzuya görə xəbərlər